Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
31 oktyabr 2012 07:02 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Bakı Caz Mərkəzində Azərbaycanın xalq artisti, korifey sənətkar Şövkət Ələkbərovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
APA-nın məlumatına görə, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, birliyin Mədəniyyət və İncəsənət mərkəzinin rəhbəri Ülviyyə Vəliyeva və Bakı Musiqi Akademiyasının tələbə gənclər təşkilatının sədri Vüqar Hümbətov tədbirin əhəmiyyətini, sənətkarın Azərbaycan musiqisinə verdiyi tövhələri qeyd edərək bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd dahi sənətkarın xatirəsini yad etməklə yanaşı, Şövkət Ələkbərova yaradıcılığını bir daha gənc nəsilə çatdırmaqdır. Azərbaycan musiqi sənətində öz sözünü demiş böyük sənətkar Şövkət Ələkbərovanın ifa etdiyi mahnılar insanları sevməyə, həyata dəyər verməyə, Vətənə bağlılığa, səmimi olmağa səsləyir. Belə bir sənətkarın irsinin təbliği gənclərin musiqi zövqünün inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Gecədə estrada müğənniləri əməkdar artist Lalə Məmmədova, müğənnilər Zamiq Hüseynov, Elçin Cəfərov, Çingiz Mustafayev, Günay İbrahimli, Əfqan Quliyev və Bakı Musiqi Akademiyasının tələbələri sənətkarın mahnılarını yeni versiyada ifa ediblər.
Tədbirdə dövlət və özəl qurumların nümayəndələri, sənət adamları, media qurumları, QHT nümayəndələri, fəal gənclər iştirak ediblər.

İncəsənət
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
15:20
9 may 2024
Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTO
08:06
9 may 2024
Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsinin qonağı Siyavuş Kərimi olub - FOTO
02:55
8 may 2024
Musiqi məktəblərinə şagird qəbulu başlayıb
14:11
6 may 2024