Bank Of Baku

Çexiyada keçirilən beynəlxalq uşaq rəsm sərgisində qalib gəlmiş azərbaycanlı məktəblilər mükafatlandırılıb

Çexiyada keçirilən beynəlxalq uşaq rəsm sərgisində qalib gəlmiş azərbaycanlı məktəblilər mükafatlandırılıb
# 31 oktyabr 2012 13:38 (UTC +04:00)
Bakı – APA. Çexiyanın Azərbaycandakı səfirliyində “Lidiçe 2012” beynəlxalq uşaq rəsm sərgisinin 40-cı buraxılışında qalib gəlmiş azərbaycanlı uşaq və məktəblilərin mükafatlandırma mərasimi keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, təsbirdə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Mədəniyyət Və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, qalib gəlmiş şagirdlərin oxuduqları məktəblərin nümayəndələri və valideynlər iştirak ediblər.

Mərasimi açıq elan edən Çexiyanın Azərbaycandakı səfiri Radek Matula bildirib ki, 1942-ci ildə Çexiyanın Lidiçe şəhərində faşistlər tərəfindən qətlə yetirilən uşaqların xatirəsinə həsr olunmuş bu sərgi 1967-ci ildən keçirilir. Lidiçe Memorialı tərəfindən təşkil olunan tədbir Çexiyanın Təhsil, Gənclər və İdman nazirlikləri, eləcə də UNESCO-nun yerli komissiyası tərəfindən dəstəklənir.

Diplomat qeyd edib ki, bu il Azərbaycan sərgiyə göndərilən eksponatların sayına (481 ədəd) görə 65 ölkə arasında 12-ci yeri tutub. Azərbaycanlı məktəblilərdən 5 nəfərin işi mükafata layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR