Bank Of Baku

II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində teatr tənqidi və rejissor sənəti mövzusunda seminarlar keçiriləcək

II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində teatr tənqidi və rejissor sənəti mövzusunda seminarlar keçiriləcək
# 06 noyabr 2012 12:50 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində teatr tənqidi və rejissor sənəti mövzusunda seminarlar keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vaisin (Kanada) aparacağı seminar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşəcək. Xorvatiyalı İvitsa Simiçin rejissor sənətinə həsr olunmuş seminarı isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil olunacaq. Bu gün axşam isə Gənc Tamaşaçılar Teatrının səhnəsində Səudiyyə Ərəbistanı teatrının "Vağzal heç yerə getmir" (Fahed əl-Harti) tamaşası nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR