Bank Of Baku

Heydər Əliyev Sarayında Yeni il şənliyi təşkil edəcək

Heydər Əliyev Sarayında Yeni il şənliyi təşkil edəcək
# 08 noyabr 2012 11:26 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Heydər Əliyev Sarayı 2, 3, 4, 5 yanvar 2013-cü il tarixlərində uşaqlar üçün növbəti dəfə Yeni il şənliyi təşkil edəcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, uşaqların marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlər gözlənilir. Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək Yeni il şənliyində ən hündür səhnə şam ağacı quraşdırılacaq. Əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar Qar qız, Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə əylənəcəklər. Hazırda Yeni il şənliyinin məşqləri gedir.

Qeyd edək ki, 2, 3, 4, 5 yanvar tarixlərində təşkil olunacaq Yeni il şənliyi saat 13:00 da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR