Bank Of Baku

«Bayrağımız qürur mənbəyimizdir» adlı rəsm müsabiqəsi başa çatıb - FOTOSESSİYA

«Bayrağımız qürur mənbəyimizdir» adlı rəsm müsabiqəsi başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 09 noyabr 2012 10:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Dövlət Bayrağı Günü münasibətilə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsində «Bayrağımız qürur mənbəyimizdir» adlı rəsm müsabiqəsinin qalibləri elan edilib. APA-nın məlumatına görə, tədbirdə Təhsil və Gənclər və İdman nazirliklərinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Bayrağı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov artıq bir neçə ildir noyabrın 9-u tarixinin Azərbaycanda dövlət bayramı elan edildiyini, idarə tərəfindən də artıq iki ildir bu gün münasibətilə ümumrespublika səviyyəli rəsm müsabiqəsinin təşkil olunduğunu deyib.

Daha sonra bildirilib ki, müsabiqəyə 460 əsər təqdim olunub. Əsasən 5-11-ci sinflərdən şagirdlərin təqdim etdikləri rəsm əsərlərindən 100-ü seçilib və onlardan da 12 əsər qalib olub.

Daha sonra qaliblərin adları açıqlanıb.

Sonda jurnalistlərin suallarını cavablandıran R. Məmmədov bildirib ki, Dövlət Bayrağı meydanında təmir işləri yaxın vaxtlarda başa çatdırılacaq. Bundan sonra Dövlət Bayrağı Meydanı ziyarət üçün vətəndaşlara açıq olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR