Bank Of Baku

ADU-da İsrail Film Festivalı keçiriləcək

ADU-da İsrail Film Festivalı keçiriləcək
# 10 noyabr 2012 08:25 (UTC +04:00)
Bakı-APA. Gələn həftə Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş İsrail Film festivalı keçiriləcək. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival İsrailin Azərbaycandakı səfirliyinin və ADU-nun Yaxın Şərq və İsrail araşdırmalar mərkəzinin təşəbbüsü ilə baş tutacaq. Film festivalı çərçivəsində noyabrın 12-də Eran Kolirin rejissorluğu ilə “ The band’s visit “ (Bikur Ha-Tizmoret ), noyabrın 14-də Josef Kedarın rejissorluğu ilə “Campfire” (Medurat Hashevet), noyabrın 15-də Leoni Prudovskynin rejissorluğu ilə “5 hours from Paris” (5 Shaot Me- Paris ), noyabrın 19-da Shemi Zarhin rejissorluğu ilə “Bonjour Monsieur Shlomi” (Hakochavim Shel Shlomi), noyabrın 21-də isə Eli Cohen rejissorluğu ilə “Aviya’s Summer “ (Hakaitz shel Aviya) filmlərinin nümayiş olunması nəzərdə tutulub. İvrit dilində nümayiş etdiriləcək filmlərin altyazıları rus və Azərbaycan dillərində olacaq. Qeyd edək ki, festival 18:30-dan 20:00-dək davam edəcək. Festivala giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etmək zəruridir.

Xatırladaq ki, ADU-da keçiriləcək İsrail Film festivalında İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz və səfirliyin əməkdaşları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR