Baloğlan Əşrəfov üzərində cərrahiyyə əməliyyatı uğurla başa çatıb
31 mart 2007 07:53 (UTC +04:00)
Bu barədə APA-ya Baloğlan Əşrəfovun Türkiyədə olan bibisi oğlu İqbal Quliyev məlumat verib. Onun sözlərinə görə, Koray Acarlının apardığı cərrahiyyə əməliyyatı müsbət nəticələnib. Hazırda B. Əşrəfov xəstəxananın reanimasiya şöbəsindədir və bir neçə gün orada qalacaq: “Baloğlan Əşrəfova donorluq edən 30 yaşlı qohumumuzun da vəziyyəti yaxşıdır. Şükürlər olsun ki, bu cür çətin əməliyyat çox yaxşı nəticələndi. Bir neçə gündən sonra Baloğlan Əşrəfov palataya köçürüləcək. Ondan sonra isə həkimlər onun nə zaman vətənə qayıda biləcəyi barədə məlumat verəcəklər”. Qeyd edək ki, martın 8-də qaraciyər serrozu diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına gətirilib. Daha sonra koma vəziyyətində olan xəstə Türkiyənin İstanbul “Memorial” Xəstəxanasına aparılıb. /APA/
İncəsənət
Musiqi məktəblərinə şagird qəbulu başlayıb
14:11
6 may 2024
"Titanik" və "Üzüklərin hökmdarı" filmlərində rol alan aktyor Bernard Hill 79 yaşında vəfat edib
19:27
5 may 2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
09:57
5 may 2024
Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib - FOTO - VİDEO
10:00
4 may 2024