Aprelin 15-19-da Moskvada “Azərbaycan Mədəniyyət Günləri” keçiriləcək
03 aprel 2007 08:44 (UTC +04:00)
Aprelin 15-19-da Moskvada “Azərbaycan Mədəniyyət Günləri” keçiriləcək. Mədəniyyət günlərində iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Moskvada səfərdə olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, mədəniyyət günlərinin təntənəli açılış məarsimi aprelin 16-da incəsənət ustalarının iştirakı ilə Yeni Opera və Balet Teatrında keçiriləcək. Daha sonra Moskva Müasir İncəsənət Mərkəzində Azərbaycana həsr olunmuş foto-sərgi nümayiş olunacaq. Mədəniyyət günləri çərçivəsində “Azərbaycan cazı: Nəsillərin dialoqu” adlı caz konserti, Dövlət Pontomim Teatrının “Kosa və Moritto” tamaşasının nümayişi də təşkil olunacaq. Tədbirin bağlanış mərasimi aprelin 19-da keçiriləcək.
Məlumatda o da bildirilir ki, buna qədər Ə. Qarayev aprelin 11-14-də Norvecin Stavanger şəhərində keçiriləcək “Karvansaray-Azərbaycanın keçmişi və bu günü” adlı sərgidə iştirak edəcək. Norveçə səfəri çərçivəsində nazirin iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinə dair görüşləri nəzərdə tutulur. /APA/

İncəsənət
Musiqi məktəblərinə şagird qəbulu başlayıb
14:11
6 may 2024
"Titanik" və "Üzüklərin hökmdarı" filmlərində rol alan aktyor Bernard Hill 79 yaşında vəfat edib
19:27
5 may 2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
09:57
5 may 2024
Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib - FOTO - VİDEO
10:00
4 may 2024