www.kultura.az internet portalının təqdimatı keçirilib
04 aprel 2007 13:08 (UTC +04:00)
Bakı Caz Mərkəzində www.kultura.az internet portalının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən internet saytının baş redaktoru Ələkbər Əliyev portalın bir ay əvvəl fəaliyyətə başladığını deyib. Onun sözlərinə görə, qısa müddət ərzində öz oxucularını tapan mədəniyyət saytında məlumatlar ancaq rus dilindədir: “Saytı rus dilində yaratmağımızın səbəb onun yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində oxunmasına imkan yaratmaqdır. Sevindirici hal odur ki, cəmi bir ay müddətinə MDB ölkələrində tanınmağa müvəffəq olmuşuq. Kollektivimiz tanınmış simalardan - bəstəkar Elmir Mirzəyev, rəssam Teymur Daimi, pianoçu Firudin Allahverdiyev, yazıçı-publisist Sevinc Yüzbaşıdan ibarətdir”. Tədbirdə çıxış edən internet portalının şef-redaktoru bəstəkar Elmir Mirzəyev internet saytında mədəniyyətin bütün sahələrinə dair məlumatların və müsahibələrin yerləşdirildiyini deyib. Şef-redaktor portalda eyni zamanda dünya mədəniyyətində baş verən hadisələr barədə məlumatların da dərc olunduğunu qeyd edib. /APA/
İncəsənət
“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO
23:41
2 may 2024
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024
“Yol əhvalatı”nın Fəridi: Nə vaxta kimi Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - MÜSAHİBƏ
15:09
30 aprel 2024