Astarada “İstedad-2007” festivalı start götürüb
09 aprel 2007 09:43 (UTC +04:00)
Astara Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahir Quliyevin sərəncamına müvafiq olaraq rayonda yeniyetmə və gənclərin “İstedad-2007” incəsənət festivalına start verilib. Bu barədə APA-nın cənub bürosuna RİH aparatının şöbə müdiri Azər Abdullayev məlumat verib. Onun sözlərinə görə, üç mərhələdən ibarət tədbirdə yeniyetmə və gənclər mədəniyyət və incəsənət sahəsində istedad və bacarıqlarını nümayiş etdirəcəklər. Festivalın qalibi qazanan gənc istedadların yekun konserti mayın 10-da - mərhum prezident Heydər Əliyevin doğum günündə keçiriləcək. Qaliblərə Astara RİH-in fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunacaq. /APA/
İncəsənət
“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO
23:41
2 may 2024
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024
“Yol əhvalatı”nın Fəridi: Nə vaxta kimi Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - MÜSAHİBƏ
15:09
30 aprel 2024