Gəncədə yeni Filarmoniya binasının tikilməsi üçün 16 milyon manat vəsait ayrılacaq
11 aprel 2007 11:35 (UTC +04:00)
Nazirlər Kabineti təqdim edilən layihə təsdiq edildikdən sonra Gəncədə yeni Filarmoniya binasının tikilməsi üçün 16 milyon manat vəsait ayrılacaq. Bu barədə APA-nın qərb bürosuna Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova məlumat verib. Onun sözlərinə görə, layihəyə əsasən Filarmoniyanın binası üç mərtəbədən ibarət olacaq: “Filarmoniyanın konsert zalının tutumu 800 nəfərlik nəzərdə tutulub. Layihəyə əsasən burada həmçinin təxminən 100-150 nəfərlik kinoteatr da istifadəyə verilməsi planlaşdırılır. Filarmoniya və kinoteatrın bir binada yerləşəcəyinə baxmayaraq, onların hər birinin ayrıca giriş-çıxış qapıları olacaq”. M. Məlikova əlavə edib ki, Nazirlər Kabinetində sənədlər təsdiq olunduqdan sonra tender keçiriləcək və onun qalibi bu il tikinti işlərinə başlayacaq. Onun sözlərinə görə, yeni Filarmoniyada gözəl məşq və qrim otaqları, səsyazma kabineti, müasir istilik, işıqlandırma, hava təmizləyici sistemi olacaq. Konsert zalında həmçinin böyük monitorun da quraşdırılması planlaşdırılır. /APA/
İncəsənət
“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO
23:41
2 may 2024
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024
“Yol əhvalatı”nın Fəridi: Nə vaxta kimi Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - MÜSAHİBƏ
15:09
30 aprel 2024