Bank Of Baku

Almaniyada Məhəmməd Əsəd bəy (“Qurban Səid”) haqqında filmin çəkilişlərinə başlanıb

Almaniyada Məhəmməd Əsəd bəy (“Qurban Səid”) haqqında filmin çəkilişlərinə başlanıb
# 04 may 2007 07:28 (UTC +04:00)
N. Atəşi APA-ya bildirib ki, müqavilənin şərtlərinə görə, o, həm filmdə elmi müəllif, həm filmin elmi ekspert qrupunun rəhbəri, həm də baş rolda çıxış edəcək. N. Atəşi filmdə Əsəd bəyin yəhudi olmadığını, “Qurban Səid“ təxəllüsünün Yusif Vəzir Çəmənzəminliyə aid edilməsinin yanlışlığını və indiyə qədər mətbuata məlum olmayan bir çox yeniliyi elmi, tarixi faktlar və arxiv sənədləri ilə sübut etməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb. Çəkilişlər Əsəd bəyin yaşamış olduğu ölkələr - İtaliya, Avstriya, Almaniya və Azərbaycanda aparılacaq. Artıq filmin ilkin çəkilişlərinə başlanıldığını deyən N. Atəşi ekran əsərinin təqdimatının 2008-ci ildə Almaniyada keçiriləcəyini söyləyib. O, filmin Almaniya, Avstriya və İtaliya televiziyalarında nümayiş etdirilməsi üçün müvafiq işlər görüldüyünü, ekran əsərinin 50-dən çox beynəlxalq festivala təqdim edilməsinin planlaşdırıldığını da bildirib.
Bundan başqa, N. Atəşi filmə əlavə olaraq alman və Azərbaycan dillərində “Yüz ilin sirləri (Əsəd bəy ilk dəfə arxiv sənədlərinin dili ilə)“ kitabını film başa çatana qədər bitirməyi nəzərdə tutduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR