Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin V respublika müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
15 may 2007 15:29 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin V respublika müsabiqəsinin yekun konserti və mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsabiqəyə respublikanın 7 şəhərindən 12 minə yaxın uşağın qatıldığını deyib: “Çox sevinirəm ki, bu il keçirilən müsabiqədə iştirak edən kollektivlərin sayı çox artıb. Bu da bizlərdə Azərbaycan mədəniyyətinin inkişaf edəcəyinə böyük inam yaradır. Bu gün xor sənəti davam etdirildiyi üçün bu sahədə çalışan müəllimlərə təşəkkürümü bildirirəm. Bu müsabiqə ənənəvi olaraq hər il keçiriləcək və daha geniş vüsət alacaq”. Daha sonra nazir müsabiqə qaliblərini mükafatlandırıb. Müsabiqədə I yerə (500 manat pul və diplom) Mingəçevir şəhər Üzeyir Hacıbəyov adına 1 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi və xormeyster Zülfiyyə Mahmudova layiq görülüb. Mükafatlandırma mərasimindən sonra xor kollektivlərinin yekun konserti keçirilib. /APA/
İncəsənət
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
16:19
26 aprel 2024
Heydər Əliyev Mərkəzində Qırğızıstanın “Qədim incəsənətin şah əsərləri” sərgisi açılıb
09:11
25 aprel 2024
"Gəncə və Gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub
00:37
25 aprel 2024
Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq
22:55
23 aprel 2024