Bank Of Baku

Minskdə Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib

Minskdə Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib
# 23 may 2007 08:10 (UTC +04:00)
Mayın 22-də Minskdə Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Açılış mərasimində Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında Vasif Adıgözəlovun “Bayram süita”sı, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Qarabağ”, “Nəlbəki”, “Cəngi”, “Yallı”, “Odlar Yurdu” rəqsləri nümayiş etdirilib. Bununla yanaşı, sənətçilər Teyyub Aslanov, Aygün Bayramova, Gülnaz İsmayılova, Azər Zeynalov, estrada müğənniləri Aygün Kazımova, Faiq Ağayev çıxış edib. Mərasimin sonunda nümayəndə heyətinin ifasında Rauf Hacıyevin “Azərbaycan” konserti ifa olunub. Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Mədəniyyət Günlərinin iştirakçılarına məktub ünvanlayıb. Məktubda Azərbaycanla Belarusun tarixən dostluq əlaqələrinin mövcudluğunu qeyd edən prezident hazırda Minskdə keçirilən bu yaradıcılıq aksiyasının iki ölkə arasında mənəvi və mədəni əlaqələrin dinamik inkişafına xidmət edəcəyini vurğulayıb. Qeyd edək ki, Belarusda Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın müasir, klassik və gənc rəssamlarının əsərlərindən ibarət sərgi də təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR