Bank Of Baku

Bu gün Belarusda keçirilən Azərbaycan Mədəniyyət Günləri yekunlaşacaq

Bu gün Belarusda keçirilən Azərbaycan Mədəniyyət Günləri yekunlaşacaq
# 24 may 2007 08:57 (UTC +04:00)
Belarusda keçirilən Azərbaycan Mədəniyyəti günləri çərçivəsində mayın 23-də xalq artisti Azər Zeynalov, əməkdar artistlər Aygün Bayramova, Gülnaz İsmayılova, Aygün Kazımova, Faiq Ağayev, müğənni Teyyub Aslanov və digər sənətçilərimiz Bobrusk şəhərində çıxış ediblər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, konsert uğurla gerçəkləşib. Mədəniyyət günlərinin nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edib. Həmin gün Minskdəki Milli Tarix Muzeyində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.
Bu gün yekunlaşan Azərbaycan Mədəniyyət Günləri 26-28 may tarixlərində Moldovada davam etdiriləcək. Moldovada keçiriləcək mədəniyyət günləri çərçivəsində Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında Vasif Adıgözəlovun “Bayram süita”sı, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Qarabağ”, “Nəlbəki”, “Cəngi”, “Yallı”, “Odlar Yurdu” rəqsləri nümayiş etdiriləcək. Mədəniyyət günlərində sənətçilər Teyyub Aslanov, Aygün Bayramova, Gülnaz İsmayılova, Azər Zeynalov, estrada müğənniləri Faiq Ağayev və Mətanət İsgəndərli çıxış edəcək. Mərasimin sonunda nümayəndə heyətinin ifasında Rauf Hacıyevin “Azərbaycan” konserti ifa olunacaq. Nümayəndə heyətinə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəhbərlik edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR