TÜRKSOY-un qərargahı Azərbaycanda yerləşəcək
05 iyun 2007 16:28 (UTC +04:00)
TÜRKSOY-un Daimi Şurasının iyuna təyin olunan 23-cü iclasının davamı sentyabrda Qazaxıstanda keçiriləcək. Bunu APA-ya eksklüziv açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, ötən ilin dekabrında Ankara şəhərində keçirilən TÜRKSOY-un Daimi Şurasının 23-cü iclasında baş katib vəzifəsi boş saxlanılıb və bu vəzifənin icrası 6 ay müddətinə Türkiyənin mədəniyyət naziri Atilla Koça həvalə olunub. Nazirin sözlərinə görə, türk xalqlarının mədəni irsinin qorunması ilə bağlı xüsusi qurum artıq yaradılıb: “Qurumun yeri də artıq müəyyənləşib. Qurumun qərargahı Azərbaycanda yerləşəcək. Sentyabrda keçiriləcək TÜRKSOY-un toplantısında bu qurumun maliyyə məsələləri müzakirə ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin Bərpa İşləri üzrə Elmi-Tədqiqat İnstitutunun nəzdində bu qurum fəaliyyət göstərəcək”. /APA/
İncəsənət
"Titanik" və "Üzüklərin hökmdarı" filmlərində rol alan aktyor Bernard Hill 79 yaşında vəfat edib
19:27
5 may 2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
09:57
5 may 2024
Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib - FOTO - VİDEO
10:00
4 may 2024
Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasinda konserti olub - FOTO
22:38
3 may 2024