Litva və Azərbaycan birgə mədəni layihələr həyаta keçirəcək
09 iyun 2007 10:42 (UTC +04:00)
Litva və Azərbaycanın mədəniyyət nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi üçün həyata keçirilməsi nəzərdə tutulan hazır layihələri var. APA-nın məlumatına görə, bunu Litvanın mədəniyyət naziri Yonas Yuças bildirib. Onun sözlərinə görə, ən yaxın zamanda həyata keçiriləcək layihə qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirəcək. Nazir hazırda nəzərdə tutulan birgə layihələrin təkmilləşdirildiyini bildirib: “Mənə elə gəlir ki, qarşılıqlı əməkdaşlığa dair müqavilələri biz yaxınlarda imzalaya bilərik. Mən hesab edirəm ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin Litvaya səfəri zamanı bu müqavilələri imzalamaq mümkün olacaq. Müqavilədə rəssamların, ictimai xadimlərin, sənətçilərin, musiqi kollektivlərinin səfəri və hər iki ölkənin tanınmış incəsənət ustalarının çıxışı öz əksini tapacaq”. Litvanın görkəmli restavrator və tarixi abidələrin bərpası üzrə mütəxəssislərinin olduğunu bildirən nazir onların təcrübəsinin də Azərbaycanda tətbiqinin uğurlu olacağına əminliyini söyləyib. /APA/
İncəsənət
Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib - FOTO
23:08
22 may 2024
Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" layihəsi çərçivəsində sərgi keçirilib - FOTO
12:43
22 may 2024
Latviya Seyminin sədri: Şuşa yenidən doğulacaq - FOTO
17:49
21 may 2024
Gəncə Filarmoniyasında "Musiqi kimliyimiz" layihəsi təqdim edilib
14:32
21 may 2024