Arif Məlikov: “Azərbaycanda bəstəkarın bir vərəq çap etdirmək üçün nəşriyyat belə yoxdur”
11 iyun 2007 17:51 (UTC +04:00)
“Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyində olanlara niyə 17 ildir ki,
qurultay keçirmədiklərini soruşmaq lazımdır. Hökumətdən soruşmaq lazımdır ki, siz necə tab gətirirsiniz? Yaxşı 17 ildə Bəstəkarlar İttifaqı tərpənməyib, bəs hökumət nə edib? Millətin sərvəti olan musiqiyə qayğı və münasibət olmalıdır”. Bu sözləri APA-ya açıqlamasında xalq artisti, bəstəkar Arif Məlikov deyib. Bəstəkar deyib ki, 17 ildən bir qurultayın keçirilməsi pis haldır: “Qanunlara, Nizamnaməyə riayət etmək lazımdır, inkişaf üçün musiqi səslənməlidir. Qurultay çərçivəsində layiqli əsərlər ifa olunsa, qurultayın işini uğurlu hesab etmək mümkün olacaq. 17 ildən sonra biz Azərbaycan bəstəkarlıq məktəbini nümayiş etdirə biləcəyik. Mənim üçün gənclərin-orta nəsil musiqiçilərin nə etdikləri çox maraqlıdır. Bu konsertlərin olması bəstəkarların olmasından xəbər verir, konsertlər olmasa, bu ittifaq heç kəsə lazım deyil”. Bu gün istedadlı gənclərin olduğunu da istisna etməyən A.Məlikov onların qayğıya ehtiyacı olduğunu vurğulayıb: “Azərbaycanda bəstəkarın bir vərəq çap etdirməsi üçün nəşriyyat belə yoxdur. Belə vəziyyətdə musiqinin dünya çağına çıxması mümkün deyil. Çox problemlər var, ancaq bunların həlli vacibdir”. /APA/

İncəsənət
Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasinda konserti olub - FOTO
22:38
3 may 2024
“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO
23:41
2 may 2024
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024