Gəncədə ilk dəfə olaraq, rəqəmsal kinoteatr quraşdırılacaq
18 iyun 2007 12:58 (UTC +04:00)
Gəncədə ilk dəfə olaraq, rəqəmsal kinoteatr quraşdırılacaq. Bu barədə APA-nın Qərb bürosuna Gəncə mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikova məlumat verib. Onun sözlərinə görə, şəhərin “Nizami” kinoteatrında bərpa-təmir işləri aparıldıqdan sonra burada bütün avadanlıqlar dəyişdirilərək müasirləşdiriləcək: “Əvvəllər hamı filmlərə böyük formatda baxmağı xoşlayırdılar. Son illər vətəndaşlar kinoteatrlara, ümumiyyətlə, gəlmirlər. Yeni quraşdırılacaq rəqəmsal kinoteatrlarla bu problemin həll olacağına inanıram”. Mədəniyyət və turizm idarəsinin rəisinin bildirdiyinə görə, artıq bu işin həyata keçirilməsi üçün sənədlər hazırlanır. /APA/
İncəsənət
Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasinda konserti olub - FOTO
22:38
3 may 2024
“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO
23:41
2 may 2024
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024