Hollivud aktrisası Culiya Roberts üçüncü dəfə ana olub

Hollivud aktrisası Culiya Roberts üçüncü dəfə ana olub
# 19 iyun 2007 16:36 (UTC +04:00)
Hollivud aktrisası Culiya Roberts Los-Ancelesdə üçüncü dəfə ana olub. APA-nın məlumatına görə, 39 yaşlı ulduz və onun həyat yoldaşı Denni Moder yenicə dünyaya gələn oğullarına Henri Deniel adını qoyublar. Qeyd edək ki, cütlük 2002-ci ilin iyulunda ailə qurub, onların Finnus və Xeyzel adlı 2 yaşlı əkiz övladları var.
Qeyd edək ki, üç övlad anası olan Culiya Roberts artıq bir neçə ildir heç bir filmdə çəkilmir. Sonuncu dəfə o, 2004-cü ildə “Ouşenin 12 dostu” filmində rol alıb. Bu ilin sonunda isə aktrisa “Çarli Uilsonun müharibəsi” filmində çəkilməyi planlaşdırır. Bu filmdə onun tərəf-müqabili Tom Xenks olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR