"Nə? Harada? Nə vaxt?" İntellektual Oyunu üzrə III Millətlərarası Kubok uğrunda yarışma keçiriləcək
27 iyun 2007 10:05 (UTC +04:00)
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Nə? Harada? Nə vaxt?" İntellektual Oyunu üzrə III Millətlərarası Kubok uğrunda yarışma keçiriləcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev məlumat verib. Məlumata görə, yarışmanın açılışı avqustun 30-da olacaq. İntellektual oyunda 21 ölkənin komandası iştirak edəcək. Hər komandada 6 iştirakçı olacaq. Yarışmada iştirak edəcək Azərbaycan komandasının üzvləri “Atəşgah” Bakı Bilicilər Klubu tərəfindən seçiləcək. Yarışmanın yekun mərhələsi sentyabrın 3-də olacaq. /APA/
İncəsənət
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
16:19
26 aprel 2024
Heydər Əliyev Mərkəzində Qırğızıstanın “Qədim incəsənətin şah əsərləri” sərgisi açılıb
09:11
25 aprel 2024
"Gəncə və Gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub
00:37
25 aprel 2024
Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq
22:55
23 aprel 2024