Bank Of Baku

Azərbaycan Memarlar İttifaqı İran şirkətləri ilə əməkdaşlıq edəcək

Azərbaycan Memarlar İttifaqı İran şirkətləri ilə əməkdaşlıq edəcək
# 27 iyun 2007 14:33 (UTC +04:00)
Azərbaycan Memarlar İttifaqı İran şirkətləri ilə əməkdaşlıq edəcək. İttifaqın sədri Hafiz Əmirxanov APA-ya deyib ki, artıq əməkdaşlıqla bağlı ilkin danışıqlar baş tutub və hazırda layihələr hazırlanır. H. Əmirxanov deyib ki, şirkətlər Bakıda müxtəlif obyektlərin tikintisi ilə məşğul olacaq. İlkin layihədə uşaq bağçaları və mehmanxanaların tikilməsi nəzərdə tutulur: “Bu layihənin gerçəkləşməsi üçün İran şirkətləri çoxlu sərmayə qoyacaqlar. Sözsüz, onlar buradan öz xeyirlərini götürəcəklər, ancaq tikililər Bakıda qalacaq”. İttifaq sədrinin sözlərinə görə, Azərbaycan Memarlar İttifaqı ilə bir sıra ölkələrin şirkətləri əməkdaşlıq etmək istəyindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR