Bank Of Baku

Azərbaycan karikaturaçıları “Kasacov-2007” IV Beynəlxalq Karikaturaçılar Müsabiqəsində xüsusi mükafata layiq görülüblər

Azərbaycan karikaturaçıları “Kasacov-2007” IV Beynəlxalq Karikaturaçılar Müsabiqəsində xüsusi mükafata layiq görülüblər
# 28 iyun 2007 12:58 (UTC +04:00)
Azərbaycan karikaturaçıları Bayram Hacızadə və Tofiq Məmmədov Polşada keçirilən “Kasacov-2007” IV Beynəlxalq Karikaturaçılar Müsabiqəsində xüsusi mükafata layiq görülüblər. Karikaturaçı Rəssamlar Birliyinin sədri, rəssam Bayram Hacızadə APA-ya bildirilib ki, müsabiqədə 50 ölkənin 371 rəssamının 815 əsəri iştirak edib. Müsabiqənin Qran-pri mükafatına, I, II və III yerlərə Polşa öz rəssamlarını layiq görüb. Birlik sədrinin sözlərinə görə, müsabiqədə xüsusi mükafata layiq görülmək ilk beşliyə daxil olmaqdır. B. Hacızadə yaxın aylarda karikaturaçı-rəssamlarımızın daha bir neçə beynəlxalq müsabiqədə iştirak edəcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR