30 iyun Sevgililər Günü münasibətilə tədbir keçirilib
29 iyun 2007 11:21 (UTC +04:00)
Bu gün 30 iyun Sevgililər Günü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Sevgililər Gününün qəhrəmanları İlham və Fərizənin toy günü münasibətilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının “Tanrı Günü - 30 İyun Sevgililər Günü” kitabı, “Sevgililər Günü Plakatı” hədiyyəsinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ə. Zeynallı ötən illərdə olduğu kimi bu il də, Sevgililər Günün xüsusi rolu və əməyi olan insanların “Sevgililər Günü” Təşkilat Komitəsinin qərarı ilə “Sevgi” mükafatına layiq görüldüyünü bildirib. Onun sözlərinə görə, mükafata layiq görülən insanlar arasında İlham və Fərizənin anası, Fərizənin qardaşının həyat yoldaşı Səadət Nəbiyeva, İlhamın qardaşı Elxan Allahverdiyev, xalq artisti Flora Kərimova və müğənni Aslan Hüseynov var. Ə. Zeynallı bildirib ki, bu tədbirlərin yekunu olaraq iyunun 30-da “Sevgililər gəzintisi” olacaq və Şəhidlər Xiyabanında İlham və Fərizənin qəbiri ziyarət olunacaq. Tədbirdə mükafata layiq görülən şəxslərə mükafatlar təqdim olunub. /APA/
İncəsənət
Musiqi məktəblərinə şagird qəbulu başlayıb
14:11
6 may 2024
"Titanik" və "Üzüklərin hökmdarı" filmlərində rol alan aktyor Bernard Hill 79 yaşında vəfat edib
19:27
5 may 2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
09:57
5 may 2024
Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib - FOTO - VİDEO
10:00
4 may 2024