Sürixdə Məhəmməd Əsəd bəyə aid bir neçə orijinal arxiv sənədləri tapılıb
29 iyun 2007 14:21 (UTC +04:00)
İsveçrənin Sürix şəhərində görkəmli Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin bir neçə orijinal arxiv sənədləri tapılıb. Bu barədə APA-ya Məhəmməd Əsəd bəyin tədqiqatçısı, Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşi məlumat verib. Tədqiqatçının sözlərinə görə, sağlığında Əsəd bəyin Sürixdə yerləşən “Rascher” nəşriyyatı ilə müntəzəm əlaqə saxladığı müəyyən olunub. Nəşriyyat onun bir çox kitablarını nəşr edib, qarşılıqlı müqavilələr bağlayıb. N. Atəşi kitabxananın əlyazmalar bölümündə Əsəd bəyin həyatının sonuna yaxın yazdığı şəxsi məktubları, müqavilələrinin orijinal nüsxələrini aşkar edib. Əsəd bəy dünyasını dəyişdikdən sonra “Rascher” nəşriyyatının sifarişi ilə dayəsi Alise Əsəd bəyin avtobioqrafiyasını nəşriyyata göndərib. Əlyazmada Əsəd bəyin yəhudi deyil, müsəlman olduğunu bildirib. Bundan başqa tədqiqatçı arxivdə indiyə qədər kimsənin diqqət etmədiyi Mussolini haqqında toplanmış materiallardan, onun çıxışlarından ibarət bir qovluq aşkar edib. Sürix mərkəzi kitabxanasında aşkar edilmiş orijinal arxiv sənədlərinin içində Əsəd bəyi müdafiə edən italyan hakimi Vito Fiorentinonun, ona hər cür yardım edən xanım Pima Andreanın da müdafiə məktubları var. Bundan başqa, Əsəd bəyin şəxsi vəsiyyətnaməsi də kitabxananın əlyazmalar fondunun arxivindədir. “Rascher” nəşriyyatı bütün bu orijinal sənədlərlə bir yerdə 259 qovluq, 10 cild, 6 karton, 5 mikrofilmi Sürixin mərkəzi kitabxanasına hədiyyə edib. /APA/
İncəsənət
"Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib - FOTO
23:25
18 may 2024
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub
17:42
18 may 2024
Mədəniyyət Nazirliyi və AMEA-nın rəhbərliyi "Azdrama"da "Əsrə bərabər gün" tamaşasına baxıb
12:26
18 may 2024
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024