Sənətçi Barış Akarsu dünyasını dəyişib
05 iyul 2007 08:19 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, Bodrum özəl xəstəxanasının həkimi Abdullah Sərvət bütün cəhdlərə rəğmən beş gün koma vəziyyətində qalan sənətçinin həyatını xilas etməyin mümkün olmadığını bildirib. Sənətçinin cənazəsi bu gecə xüsusi təyyarə ilə Bodrumdan İstanbula gətirilib. İstanbul hava limanında sənətçi ilə qısa vida mərasimi keçirilib, daha sonra cənazə Barış Akarsunun doğulduğu Amasyaya göndərilib. Sənətçinin cənazəsi bu gün torpağa tapşırılacaq. Qeyd edək ki, Barış Akarsu Türkiyə telekanallarında keçirilən “Akademi Türkiyə” musiqi müsabiqəsinin qalibi kimi şöhrət tapıb. O, “Star” telekanalı ilə yayımlanan “Yalançı yarım” adlı serialda baş rolu ifa edirdi. /APA/
İncəsənət
Musiqi məktəblərinə şagird qəbulu başlayıb
14:11
6 may 2024
"Titanik" və "Üzüklərin hökmdarı" filmlərində rol alan aktyor Bernard Hill 79 yaşında vəfat edib
19:27
5 may 2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
09:57
5 may 2024
Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib - FOTO - VİDEO
10:00
4 may 2024