Fəxriyyə Xələfova humanitar layihələrdə nəzərə çarpan iştirakına görə diploma layiq görülüb
09 iyul 2007 15:02 (UTC +04:00)
Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova humanitar layihələrdə nəzərə çarpan iştirakına görə “ROTARY CLUB OF BAKU INTERNATIONAL”ın diplomuna layiq görülüb. Bu barədə APA-ya məlumat verən Fəxriyyə Xələfovanın sözlərinə görə, “ROTARY CLUB OF BAKU INTERNATIONAL”ın ənənəvi mükafatlandırma mərasimində məqsəd xeyriyyəçilik və müxtəlif layihələrin maliyyələşdirilməsi olub. Fəxriyyə Xələfovanın moda və dizayn mərkəzi bu təşkilatla birgə kasıb ailələrdən olan uşaqlar üçün humanitar aksiya həyata keçiriblər. Yeni layihələrin müzakirəsi və mükafatlanma mərasimindən sonra Fəxriyyə Xələfovanın moda kolleksiyası nümayiş etdirilib. /APA/
İncəsənət
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
09:57
5 may 2024
Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib - FOTO - VİDEO
10:00
4 may 2024
Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasinda konserti olub - FOTO
22:38
3 may 2024
“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO
23:41
2 may 2024