Dakarda İslam Dünyası üçün Mədəni Strategiyanın Tətbiqi üzrə Məşvərət Şurasının görüşü keçirilir
23 iyul 2007 14:10 (UTC +04:00)
Bu gün Seneqalın paytaxtı Dakar şəhərində İslam Dünyası üçün Mədəni Strategiyanın Tətbiqi üzrə Məşvərət Şurasının 7-ci görüşünün ilk iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, görüşdə nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Yaşar Hüseynli də iştirak edib. Toplantıda cari ilin 21-23 noyabr tarixlərində Liviyanın paytaxtı Tripolidə keçirilməsi nəzərdə tutulan İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 15-ci sessiyasına təqdim olunacaq “Mədəni həmrəylik strategiyası”, “İslam dünyasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı strategiyası”, “İslam dünyasında mədəniyyət siyasətlərinin yeniləşməsi üçün Fəaliyyət Proqramı” kimi sənədlərin layihələri müzakirə olunub. İclas iyulun 24-də işini davam etdirəcək.
Qeyd edək ki, islam ölkələri mədəniyyət nazirlərinin 2004-cü ilin 15-16 dekabr tarixlərində Əlcəzairdə keçirilmiş IV Konfransında Azərbaycan 2005-2008-ci illərdə İslam Dünyası üçün Mədəni Strategiyanın İmplementasiyası üzrə Məşvərət Şurasına üzv qəbul olunub. /APA/
Qeyd edək ki, islam ölkələri mədəniyyət nazirlərinin 2004-cü ilin 15-16 dekabr tarixlərində Əlcəzairdə keçirilmiş IV Konfransında Azərbaycan 2005-2008-ci illərdə İslam Dünyası üçün Mədəni Strategiyanın İmplementasiyası üzrə Məşvərət Şurasına üzv qəbul olunub. /APA/
İncəsənət
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
16:19
26 aprel 2024
Heydər Əliyev Mərkəzində Qırğızıstanın “Qədim incəsənətin şah əsərləri” sərgisi açılıb
09:11
25 aprel 2024
"Gəncə və Gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub
00:37
25 aprel 2024
Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq
22:55
23 aprel 2024