“Əqli mülkiyyət hüququnun təminatı və piratçılıqla mübarizə haqqında” qanun layihəsi Nazirlər Kabinetinə göndərilib
26 iyul 2007 15:52 (UTC +04:00)
“Əqli mülkiyyət hüququnun təminatı və piratçılıqla mübarizə haqqında” qanun layihəsi Müəllif Hüquqları Agentliyində işlənib hazırlanıb və baxılmaq üçün bu gün Nazirlər Kabinetinə göndərilib. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyindən məlumat verilib. Həmçinin “Əqli mülkiyyət Dövlət Proqramı” layihəsi, “Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərlərinin dövlət varidatı elan edilməsi haqqında”, “Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləği, yığılması, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə və “Əlaqəli hüquqların obyekti olan ifadan istifadənin bəzi növlərinə görə ifaçılara ödənilən qonorarın minimum məbləği barədə” agentliyin təklifləri Nazirlər Kabinetinə təqdim olunub. /APA/
İncəsənət
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024
“Yol əhvalatı”nın Fəridi: Nə vaxta kimi Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - MÜSAHİBƏ
15:09
30 aprel 2024
Gəncə Filarmoniyasında "Gəncədən Bakıya" layihəsi təqdim edilib
12:37
30 aprel 2024