Fəxrəddin Manafov: “Tom Kruz mənim yanımda uşaqdır”
- Əlbəttə, kino meydançasındayam. Elçin Əfəndiyevin “Hökmdarın taleyi” filmini yekunlaşdırırıq. O filmdə həm aktyor kimi oynamışam, həm də aktyorlarla müəllim kimi işləmişəm.
- Xaricdən dəvət alırsınız?
- Ən çox Rusiyada filmlərə çəkilirəm. Moskvadan tez-tez dəvətlər gəlir. Avqustun 3-də yenə Moskvaya gedirəm. Səfərimin müddəti 10-15 gün olacaq. Artıq orada çəkildiyim 10 seriyalı film tamamlanmaq üzrədir. Həmin film günün ən gəlirli mövzusundan bəhs edir. Filmin rejissoru Aleksandr Kasadkindir.
- Sonuncu baxdığınız Azərbaycan filmi hansı olub?
- Sonuncu dəfə Rüstəm İbrahimbəyovun “Bir cənub şəhəri” filminə baxmışam. Yeri gəlmişkən, o filmdə özüm də çəkilmişəm.
- Sizcə, prezidentin kinonun inkişafı ilə bağlı sonuncu sərəncamı bu prosesə necə təkan verəcək?
- Bütün kino işçiləri buna görə prezidentə təşəkkür etməlidir. Biz bu sərəncamı çoxdan gözləyirdik, mənə elə gəlir ki, bu, kinonun inkişafına böyük təkan verəcək. Mən gələcəkdə Azərbaycan kinosunun öz yerini tutacağına inanıram. Azərbaycan kinosuna vəsait qoyulacaq. Bu vəsait isə məhz dövlət tərəfindən verilməlidir.
- Azərbaycanda potensialından yetərincə istifadə olunmayan bir neçə aktyorun adı çəkiləndə Fəxrəddin Manafovun adı ilk sırada olur...
- Mən bu fikirlə razıyam. Bu yaxınlarda Moskvada yaşayan həmyerlimiz , prodüsser Vaqif Əsədullayevin təşəbbüsü ilə tarixi bir filmin çəkilişlərini bitirdik. Həmin filmdə aktyor kontingenti görüb çox sevindim. Orada gənc aktyorların böyük potensialının şahidi oldum. Pontomim Teatrının gənc bir aktyoru var, adı Pərvizdi, çox gözəl aktyordu. Potensiallı gənc aktyorlarla işləmək lazımdır. Onunla işləməməyin günahı isə bu gün aramızda Rasim Ocaqovun olmamasıdır. Məndən keç kim inciməsin, ancaq bu gün Azərbaycanda rejissor yoxdur. Rejissor aktyorla işləməlidir. Çox təəssüf ki, belə rejissor yoxdur. Azərbaycan kinosunun beynəlxalq arenaya çıxa bilməməsinin də əsl səbəbi məhz rejissor yoxluğudur.
- Azərbaycanda filmlərin dublyajı Sizi qane edirmi?
- Bizdə bir Eldəniz Rəsulov var, yenə o, nəsə bir iş görə bilir. Onun bu məsələlərdə əməyi var. Bugünkü dublyajın səviyyəsi məni qane etmir. Yəni texniki imkanlar baxımından çatışmazlıqlar çoxdur. Dublyajda süni səslər, süni qışqırtılar olmamalıdır. Bizim dublyaj aktyorları ilə işləmək lazımdır, inanın ki, bizdə dublyaj olunan filmlərə baxmaq olmur.
- Sizin dünya arenasına çıxa bilməyən, amma buna qadir bəşəri aktyor olduğunuzu deyənlər də var...
- Artıq mənim yaşım ötüb, 52 yaş az deyil. Hardasa mənimlə eyni yaşda olanlar xoşbəxtdir, belə bir dövrə gəlib çıxıb. Bizdən əvvəlkilər istəsələr belə, bunu əldə edə bilməyiblər. Məsələn, Səməndər Rzayev, Həsənağa Turabov, Həsən Məmmədov çox böyük aktyorlar olub. Lakin onlar istəsəydilər də, dünya arenasına çıxa bilməzdilər. Bu gün isə belə imkanlar var. Ancaq bu, çox böyük vəsait tələb edir. Heç olmazsa, Azərbaycanda belə bir film çəkilsəydi... Bircə görə bilsəydilər ki, dünyanı maraqlandıran problemi çəkə bilən bir rejissorumuz və o filmi yaradan aktyor ansamblımız var... Axı buradan kənara çıxmırıqsa, bizi kim görəcək? Biz varlığımızı internet vasitəsilə göstərməyəcəyik ki...
- Sizə belə bir şərait yaradılsaydı, məsələn, Tom Kruz qədər məşhur ola bilərdiniz?
- Tom Kruz mənim yanımda uşaqdır. Sən Allah, Tom Kruz kimdir? Onun ətrafında işləyən professional psixoloqlardan tutmuş, nə bilim ssenari müəllifləri, rejissorlar olsa Azərbaycanda hər il yeddi demirəm, 70 Tom Kruz çıxar.
- Bu yaxınlarda tamaşaçılar Sizi klipdə də gördü...
- Çəkildiyim klip Rasim Ocaqova həsr olunmalı idi. Çox təəssüf ki, “Rasim Ocaqova ithaf olunur” titrini çıxarıblar. Bizim silsilə yaratmaq ideyamız var idi. Filmlərdən rejissor, bəstəkar, aktyorlara həsr olunmuş mahnı ilə qurulmuş kompozisiyanın adını klip qoyurlar... Çox təəssüf ki, Zülfiyyə Xanbabayeva və onun prodüsseri bu mətni oradan çıxardılar.
- Növbəti dəfə belə təklif gəlsə, razılaşacaqsınız?
- Əgər dəyərli bir iş olsa razılaşaram. Bir də ki, mənim bu klipə razılaşmağım başqa söhbət olub. Zülfiyyə Xanbabayeva ilə görüşdük, xeyli söhbət etdik. Bizim fikrimizdə “Təhminə-2” ideyası var idi. Həmin vaxt Rasim Ocaqov yenicə dünyasını dəyişmişdi, bu da mənə çox pis təsir etmişdi.
- Klip ürəyinizcə oldu?
- Heç bir şey insanın ürəyincə olmur.
- Azərbaycan ziyalılarının bu yaxınlarda Dağlıq Qarabağa səfəri oldu. Sizə belə bir təklif gəlsəydi, necə qarşılayardınız?
- Qarabağa gedən heyətdə olmamağıma çox təəssüflənirəm. Mən Xankəndində anadan olmuşam. Bu səfərin olacağını əvvəldən bilsəydim, gedib iki ayağımı bir başmağa dirəyib deyərdim ki, məni də aparsınlar. Növbəti dəfə belə bir səfər olsa, böyük məmnuniyyətlə gedərəm. 15-20 il ömrüm qalıbsa, öz torpağımızı görmək istəyirəm.
- Xankəndində haraları görmək keçir ürəyinizdən?
- Orda keçmişdən kimisə görə biləcəyimə inanmıram. Mən orada anadan olmuşam, təxminən 5-6 yaşında oradan çıxmışam. Şuşaya gedib ayaqlarımı Cıdır düzündən üzü aşağı sallamaq istəyərdim. Balından, meyvəsindən yeyib, çayında çimərdim. Bizim evimiz Xankəndindən 7-8 kilometr aralıda, Qar-qar çayının kənarında idi. Mən elə həmin evdə 1955-ci il avqustun 2-də, Azərbaycanın Milli Kino Günündə anadan olmuşam.
- Mətbuata niyə müsahibə vermirsiniz?
- Heç özüm də bilmirəm axı, niyə sizə müsahibə verdim... /APA/
İncəsənət
Əməkdar artist Arif Mirzəyev dəfn edilib - YENİLƏNİB-1
Bakı Beynəlxalq İncəsənət Festivalının ikinci mövsümündə 10 mindən çox tamaşaçı iştirak edib
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Xəbər Lenti
Qlobal təhsil bazarında yeni süni intellekt platforması - UniDestin fəaliyyətə başladı
“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib
Təhsil müəssisələrində istilik sistemləri ilə bağlı mövcud vəziyyət açıqlanıb
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
Rusiya ordusu Xarkov vilayətində bazara zərbə endirib, 12 nəfər yaralanıb
Əsgər ölümündə təqsirləndirilən həkim həbs olunub, 9 min manat təzminat ödəyəcək
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
Bakıda ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Məqsədli büdcə fondları ləğv olunur, daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid ediləcək
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq
Qoyun əti üzərinə nişan qoyulması üçün dövlət rüsumunun məbləği 2 dəfə azaldılır
Sahibkarlar işlənmiş məişət cihazları, mobil telefonlar və heyvan tullantılarını nağd qaydada ala biləcək
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
Azərbaycandakı diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
“ƏDV geri al” mexanizmi bütün konsert növlərini əhatə edəcək
Onlayn ticarətə dair yeni prosedur müəyyənləşir
Vergi ödəyicisi könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçə biləcək
İctimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri üçün yeni güzəşt olacaq
Ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olanlara 8% dərəcə ilə sadələşdirilmiş vergi hüququ veriləcək
“ƏDV geri al” mexanizminin əhatə dairəsi genişləndirilir
Mehmanxana (hotel) və sanatoriya fəaliyyətinə dair yeni vergi güzəşti müəyyən olunur
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bir sıra vergi güzəştlərinin müddəti uzadılır
Kiçik sahibkarlıq subyektləri üçün yeni güzəşt müəyyənləşir
Mikrosahibkarlıq subyektlərinin daha yüksək sahibkarlıq kateqoriyasına keçidi zaman vergi güzəşti olacaq
Azərbaycanda yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq
Fiziki şəxslərin əmlak icarəsi gəlirləri üzrə vergi yeni qaydada hesablanacaq
Minik avtomobillərinin yerli istehsalının təşviqi üçün 6 il müddətində güzəşt olacaq
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq
Sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə yeni binada verilən kompensasiya xarakterli sahələrə görə vergi alınmayacaq
Nazir: TRIPP-in giriş və çıxış hissələri Azərbaycan ərazisindəndir, əsas texniki parametrlər Bakı ilə razılaşdırılmalıdır
"İkinci əl" avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir
Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur
Gözəllik xidmətləri göstərən şəxslər 5 il sadələşdirilmiş vergi ödəyicisi olacaqlar
Rəsmi Bakı: ABŞ, Çin və Rusiya liderlərinin görüşündən gözləntilər var
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir, 5 il müddətinə 90%-lik güzəşt mexanizmi olacaq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli mallar olacaq, aksiz vergisi alınacaq
XİN rəhbəri: Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq
NİİM operativ nəqliyyat vasitələrinə yol verməklə bağlı sürücülərə müraciət edib
Rəsmi Berlin: Ukrayna üzrə danışıqlarda avropalılar iştirak etmədən qərar qəbul etmək çətin olacaq
Almaniya XİN rəhbəri Bakıdan İran rəhbərliyinə çağırış edib
Yohann Vadeful: Orta dəhliz Avropa üçün xüsusi əhəmiyyətə malikdir
Yohann Vadeful: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını çox istəyərdim
Almaniya XİN rəhbəri: Azərbaycan etibarlı tərəfdaşdır
Almaniya XİN rəhbəri: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi edəcəyik
“İrşad”da yeni missiya başlayır: Yaşıl Cümə! - VİDEO
Almaniya XİN rəhbəri: Azərbaycanın Ukraynaya humanitar yardımı Avropanın enerji təhlükəsizliyinə töhfə verir