Moskvada II Beynəlxalq Gənclər Festivalı keçiriləcək
01 avqust 2007 14:32 (UTC +04:00)
Moskvada oktyabrın 2-dən 5-dək keçiriləcək II Beynəlxalq Gənclər Festivalına həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, “İnkişaf” Beynəlxalq Gənclər Layihəsi çərçivəsində həyata keçirilən festivalın təşkilatçısı MDB ölkələrinin humanitar əməkdaşlığına dair dövlətlərarası saziş çərçivəsində yaradılan qeyri-kommersiya tərəfdaşlığı Beynəlxalq Sosial-Humanitar Proqramlar Mərkəzidir (BSHPM). Tədbirdə “İnkişaf” II Beynəlxalq Gənclər Festivalının prezidenti, Beynəlxalq Kinematoqraflar Birliyi Konfederasiyasının sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov da iştirak edib. Festival çərçivəsində gənclər siyasəti sahəsində bir sıra layihə və təşəbbüslər təqdim ediləcək. Onlar arasında MDB Gənclər İctimai Palatasının yaradılması, böyük miqyaslı internet layihə, MDB ölkələrində mini-festivalların keçirilməsi, mobil gənclər qruplarının təşkili və bir sıra təhsil layihələri nəzərdə tutulub. Bu günə kimi festivalda iştirak etmək üçün Rusiyanın bölgələrindən təxminən 70 təşkilat və idarə, Azərbaycan, Qazaxıstan, Ukrayna, Qırğızıstan, Tacikistan, Belorusiya, Ermənistan, Latviya, İran, Pakistan, Almaniya nümayəndələri müraciət edib.
Dəyirmi masada çıxış edən Beynəlxalq Sosial Humanitar Proqramları Mərkəzinin baş direktoru, beynəlxalq gənclər layihəsinin müəllifi Svetlan Sosnova bildirib ki, festivalda tanınmamış Dnestryani Respublikası, Cənubi Osetiya və Abxaziyadan nümayəndələr də iştirak edəcək. /APA/
Dəyirmi masada çıxış edən Beynəlxalq Sosial Humanitar Proqramları Mərkəzinin baş direktoru, beynəlxalq gənclər layihəsinin müəllifi Svetlan Sosnova bildirib ki, festivalda tanınmamış Dnestryani Respublikası, Cənubi Osetiya və Abxaziyadan nümayəndələr də iştirak edəcək. /APA/
İncəsənət
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024
“Yol əhvalatı”nın Fəridi: Nə vaxta kimi Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - MÜSAHİBƏ
15:09
30 aprel 2024
Gəncə Filarmoniyasında "Gəncədən Bakıya" layihəsi təqdim edilib
12:37
30 aprel 2024