“Ələkbər əmi”nin ailəsi aktyorun Fəxri Xiyabanda dəfn olunması xahişi ilə Azərbaycan prezidentinə müraciət edib
01 avqust 2007 15:13 (UTC +04:00)
Aktyorun ailəsi Ələkbər Hüseynovun son arzusunu reallaşdırılmaq üçün prezident İlham Əliyevə, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyevaya və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıblar. Aktyorun 17 yaşlı oğlu Cavidan Hüseynzadənin APA-ya verdiyi məlumata görə, ailə üzvləri Ələkbər Hüseynovun Fəxri Xiyabanda dəfn olunması xahiş edib: “Həkimlərin rəyinə görə, atam ömrünün son saatlarını yaşayır. Ələkbər Hüseynov 46 illik ömrünün 26 ilini körpə uşaqlara həsr etmiş və Azərbaycan televiziyası tarixində yaşama müddətinə görə rekord vuran 13 yaşlı “Hər birimiz bir çiçək” verilişinin aparıcısı və rejissoru olub. Onun bu fədakarlığı bu günə kimi respublika rəhbərliyi və nüfuzlu beynəlxalq təşkilatların diqqətdən kənarda qalmayıb. Cənab prezidentdən milyonlarla uşağın sevimlisi olan “Əlkəbər əmi”nin Fəxri Xiyabanda dəfn olunmasını üçün sərəncam imzalamasını xahiş edirik”. /APA/
İncəsənət
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024
“Yol əhvalatı”nın Fəridi: Nə vaxta kimi Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - MÜSAHİBƏ
15:09
30 aprel 2024
Gəncə Filarmoniyasında "Gəncədən Bakıya" layihəsi təqdim edilib
12:37
30 aprel 2024