Azərbaycan aşıq sənətinə aid 50 səs yazısı xüsusi proqram əsasında bərpa ediləcək
02 avqust 2007 13:23 (UTC +04:00)
ABŞ mütəxəssisləri ilə birgə Azərbaycan aşıq sənətinə aid 50 səs yazısı seçilərək köçürüləcək və xüsusi proqram əsasında bərpa ediləcək. Bu barədə APA-ya Dövlət Səs Yazıları Arxivinin direktoru Yaqub Mədətov məlumat verib. Onun dediyinə görə, Azərbaycan aşıq sənətinin nümunələri “Arxivlər təhlükədə” layihəsinə əsasən bərpa olunacaq. Bu layihə Böyük Britaniyanın Kral Kitabxanasının maliyyə vəsaiti hesabına gerçəkləşəcək. Bu məqsədlə xüsusi yeni avadanlıqların alınması nəzərdə tutulub. Layihə 2008-ci ilin ilk üç ayı ərzində həyata keçiriləcək. Hazırda Səs Yazıları Arxivində aşıq sənətinə dair 1930-2007-ci illərə aid 1700 səs mühafizə olunur. Yaqub Mədətovun bildirdiyinə görə, gələcəkdə Səs Yazıları Arxivinin nəzdində Azərbaycanın aşıq yaradıcılığına aid ayrıca bir mərkəzin yaradılması nəzərdə tutulub. /APA/
İncəsənət
Musiqi məktəblərinə şagird qəbulu başlayıb
14:11
6 may 2024
"Titanik" və "Üzüklərin hökmdarı" filmlərində rol alan aktyor Bernard Hill 79 yaşında vəfat edib
19:27
5 may 2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
09:57
5 may 2024
Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib - FOTO - VİDEO
10:00
4 may 2024