Gələn il Azərbaycan opera sənətinin yaranmasının 100 illiyi qeyd olunacaq
03 avqust 2007 10:52 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 2008-ci ildə Azərbaycan opera sənətinin yaranmasının 100 illiyini təntənəli qeyd edəcək. APA-nın məlumatına görə, bunu Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov deyib. Onun sözlərinə görə, hazırda yubileylə bağlı tədbirlər planı hazırlanır: “Azərbaycan opera sənətinin əsası 1908-ci ildə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”u ilə qoyulub. Yubiley mərasimi üçün üç layihə hazırlanıb. Həmin layihələr arasında ən təqdirəlayiqini seçib, yubiley hazırlıqlarına başlayacağıq”. A.Məlikov onu da deyib ki, həmin ərəfədə “Leyli və Məcnun” operasının da səhnəyə qoyulmasının 100 illik yubileyi keçiriləcək. /APA/
İncəsənət
"Titanik" və "Üzüklərin hökmdarı" filmlərində rol alan aktyor Bernard Hill 79 yaşında vəfat edib
19:27
5 may 2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
09:57
5 may 2024
Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib - FOTO - VİDEO
10:00
4 may 2024
Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasinda konserti olub - FOTO
22:38
3 may 2024