Alim Qasımov: “Sənətdən getmək barədə hər gün düşünürəm”
- Bu mənim əhvalıma, yaşadığım günə bağlıdır. Baxır, hansı gün necə yuxudan qalxıram, necə yatıram. İndi daha yaşın yox, günlərin fərqi var. Bu gün neçə yaşında olduğumu belə bilmirəm.
- 50 illiyinizlə bağlı Şöhrət ordeni gözləyirsiniz?
- Necə məsələhətdirsə, elə də olar. Mən dövlətdən heç nə ummuram, çünki heç bir şey etməmişəm. Bircə ibadət zamanı dualarımda istəklərimi deyirəm. Bəlkə də cavan vaxtı şöhrət haqqında düşünürdüm, amma indi yüksəyə yox, dərinə getmək istəyirəm. Məndən olsa yuxarı yox, aşağı gedərəm. Ümumiyyətlə, insan üçün həyatda dəqiq yer yoxdur. Bunun enişi, yoxuşu, küləyi, istisi var. Mən də stabillikdə yaşayan adam deyiləm. İstəyirəm ki, kimdənsə nəsə ummaq hissini içimdən çıxarıb tullayam. 50 yaş kimdənsə nəsə ummaq vaxtı deyil. Qoy, ömrümüzün qalan hissəsini də kimsədən nəsə ummadan yaşayaq.
- Yaşınızın artması sənətdə fəaliyyətinizin zəifləməsinə səbəb olmaz ki?
- Mən tamaşaçılarımı naümid qoymamağa çalışacağam. Daha böyük layihələrlə onların qarşısına çıxmağa hazırlaşıram. 51 yaşıma kimi Azərbaycanda böyük bir konsert təşkil etmək istəyirəm.
- Muğama bugünkü diqqətdən razısınız?
- Bu gün muğamın təbliği prosesi gedir. Əvvəl-axır haqq yerin tapacaq. İstedadlı gənclər üçün qapılar açılacaq. Bu gün zəhmət çəkənə qapılar açılıb, inkişaf gedir. İndiki çoxluqdan qorxmaq lazım deyil, onların içindən bir-iki nəfər yetişəcək.
- Nəvələrinizin arasında muğam ustası olmaq istəyəni var?
- Beş nəvə sahibiyəm, onların hamısının içində bu həvəs qaynayır, ancaq hansının bu yolun yolçusu olacağını deyə bilmərəm. Bu sənətə sahib olub, məni ötsələr, ancaq xoşbəxt olaram. Tək nəvələrim yox, Azərbaycanın hansı gənci gəlib məndən irəli keçsə, mənim üçün çox böyük şərəf olar.
- Muğam məktəbi yaratmaq fikrinizdən daşınmamsınız ki?
- Yox. Mənim sənətdə yaratdıqlarım da ayrıca məktəbdir. Muğam məktəbi də açacağam. Artıq bunun üçün ayrılan binanın təmir işləri yekunlşamaq üzrədir. Fəaliyyətə nə zaman başlayacağımız barədə dəqiq məlumat verə bilmərəm. Ancaq çox güman ki, mərkəz kimi işləyəcək. Tələbələrimi də məhz bu mərkəzdə hazırlaşdıracağam.
- Heç sənətdən ayrılmağı düşünmüsünüz?
- Əlbəttə düşünmüşəm, indi də düşünürəm. Bu fikir hər an beynimdən keçir. Sənətdən uzaqlaşsam, bir az da mən qulaq asaram. Ancaq insafla yanaşmaq lazımdır, əgər əlimdən iş gəlirsə, bir şey yarada bilirəmsə bu işi etməliyəm. Buna görə işləyirəm, başqa cür olsaydı, bu yükü çiynimdən atmaq istərdim. Mən dincəlmək xatirinə sənəti ata bilmərəm. Nə zaman qismət olsa, onda sənətdən ayrılacağam. Əslində hər həyəcanlı anımda sənətdən ayrılmaq beynimdən keçir. Həmişə o anlarda “kaş burdan sağ-salamat qurtaraydım” deyirdim. Sevilib yüksəldikcə məsuliyyət hissi də artır. Bəzən beş dəqiqəlik oxumağım üçün o qədər həyəcan keçirirəm ki, qurtarandan sonra düşünürəm, heç dəyməzmiş. Amma növbəti dəfə yenə bu təkrar olunur. Məndən asılı deyil bu.
- İndi hansı layihələr üzərində işləyirsiniz?
- Avqustun 16-dan 25-ə qədər Fransaya səfər edəcəyəm. Orada “Leyli və Məcnun” layihəsi hazırlayacağıq. Yarım saat ərzində qızım Fərqanə ilə birgə əsas hissələri oxuyacağam. Növbəti səfərim isə Amerika Birləşmiş Ştatlarına olacaq. Amerikanın müxtəlif ştatlarında 15-ə yaxın konsert verəcəyəm. Hazırda hər iki səfərə ciddi-cəhdlə hazırlıq görürəm.
- Bəs sabah yubileyinizi kimlərlə qeyd edəcəksiniz?
- Öz ailəm, qohum və tanışlarımla keçirəcəyəm. Kiçik bir dairədə 50 yaşımı qarşılayacağam. Yubileyimin dövlət səviyyəsində də keçirilməsi nəzərdə tutulub. Bu tədbir sentyabra təsadüf edəcək. Ancaq tədbirini günü və məkanı müəyyənləşməyib.
- Sabah 50 yaşınız tamam olur. Özünüzə nə arzulayırınız?
- Özümə ağıllı, kamallı, imanlı, dinli, heç kəsə bir ziyan vermədən ömrümü başa vurmağı arzulayıram. /APA/
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
Lənkəranda yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB