Bank Of Baku

“Azərbaycan Milli Kulinariya Ensiklopediyası” çapa hazırlanır

“Azərbaycan Milli Kulinariya Ensiklopediyası” çapa hazırlanır
# 15 avqust 2007 08:45 (UTC +04:00)
“Azərbaycan Milli Kulinariya Ensiklopediyası” çapa hazırlanır. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov deyib. Onun sözlərinə görə, 2000 səhifədən ibarət olan ensiklopediyada Azərbaycan kulinariyasının bütün tarixi haqqında məlumat var. T. Əmiraslanovun redaktorluq etdiyi toplunun 20-yə yaxın müəllifi var: “Uzun müddətdir hazırlanan ensiklopediya hazırda “Şərq-Qərb” nəşriyyatında çap olunur. Latın qrafikasında nəşr olunacaq ensiklopediyanın daha sonralar rus və ingilis dillərinə tərcümə olunması nəzərdə tutulub. Milli Ensiklopediyanı bir sıra ölkələrə də yaymaq fikrimiz var. Topluda ermənilərin mətbəximizi özünüküləşdirilməsi haqqında xüsusi məqalələr də yer alıb”. T.Əmiraslanov deyib ki, dövlət başçısının imzaladığı sərəncamda hazırlanması və çapı nəzərdə tutulan 172 adda topludan biri də ensiklopediyadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR