Bank Of Baku

100-ə yaxın ictimai-siyasi xadimin oyma portretlərinin foto-reproduksiyası Ədəbiyyat və İncəsənət Arxivinin fonduna daxil ediləcək

100-ə yaxın ictimai-siyasi xadimin oyma portretlərinin foto-reproduksiyası Ədəbiyyat və İncəsənət Arxivinin fonduna daxil ediləcək
# 16 avqust 2007 14:59 (UTC +04:00)
Oyma ustası Ədalət Pirverdiyev Almas İldırımın iki portretini çay daşı üzərində əbədiləşdirib. Bu barədə APA-ya Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov məlumat verib. O bildirib ki, qeyri-adi sənət nümunəsi hesab edilən oymaların orijinalı Azərbaycan Mədəniyyətinin Dostları Fonduna təqdim ediləcək. 30 yaşlı Ədalət Pirverdiyevin qeyri-adi üsulla daş üzərində əbədiləşdirdiyi 100-ə yaxın elm, ədəbiyyat və siyasət xadimlərinin oyma portretlərinin foto-reproduksiyası isə yaxın günlərdə Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin fonduna daxil ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR