Bank Of Baku

Moskvada keçiriləcək musiqi ansamblların beynəlxalq festivalında Fərhad Bədəlbəyli münsiflər heyətində təmsil olunacaq

Moskvada keçiriləcək musiqi ansamblların beynəlxalq festivalında Fərhad Bədəlbəyli münsiflər heyətində təmsil olunacaq
# 21 avqust 2007 12:01 (UTC +04:00)
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli sentyabrın 29-da Gürcüstana gedəcək. Bu barədə APA-ya məlumat verən F.Bədəlbəyli deyib ki, səfərin məqsədi Gürcüstan Konservatoriyasının 90 illik yubileyi münasibəti ilə keçiriləcək konsert proqramında çıxış etməkdir. Konsertlə bərabər rektor Gürcütsan Konservatoriyasının rəhbərliyi ilə danışıqlar aparacaq. Noyabrda isə bəstəkar Moskvada keçiriləcək musiqi ansamblların beynəlxalq festivalında münsiflər heyətində təmsil olunacaq: “Çox təəssüf ki, bu festivalda ölkəmiz təmsil olunmayacaq. Buna səbəb isə sənədlərin çox gec hazırlanması oldu. Ancaq mən festivalın jürisində təmsil olunacağam. Gələn il bu festivalda Azərbaycan musiqi ansambllarında iştirak edəcəyinə inanıram”. Bu ilin sonunda isə F.Bədəlbəyli bir çox xarici ölkələrin tanınmış musiqiçilərini Bakıya dəvət edəcəyini və onlarla birgə silsilə konsertlər keçirəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR