Bank Of Baku

Rəssamlar İttifaqı tenderin başa çatacağını, Bəstəkarlar İttifaqı yeni binaya köçəcəyini, Yazıçılar Birliyi isə əsaslı təmirə başlanacağını gözləyir

Rəssamlar İttifaqı tenderin başa çatacağını, Bəstəkarlar İttifaqı yeni binaya köçəcəyini, Yazıçılar Birliyi isə əsaslı təmirə başlanacağını gözləyir
# 22 avqust 2007 14:01 (UTC +04:00)
Azərbaycan prezidentinin yaradıcı təşkilatların şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamına əsasən, Azərbaycan Rəssamlar İttifaqının binasının təmiri üçün elan olunmuş tender avqustun sonunda başa çatacaq. Bunu APA-ya açıqlamasında Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirib. F. Xəlilovun sözlərinə görə, binanın əsaslı təmir üçün layihə hazırlanır: “Tender yekunlaşdıqdan sonra smeta dəyəri müəyyənləşdirilməlidir. Konkret müddət demək qeyri-mümkündür”.
Hazırda Səadət Sarayının binasında fəaliyyət göstərən Azərbaycan Bəstəkarlar İttifaqının yeni binasının tikilməsi üçün hələ də məkan müəyyənləşdirilməyib. Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə APA-ya açıqlamasında yer məsələsinin yaxın zamanda həll olunacağına inandığını bildirib: “Biz gözləyirik ki, yeni yerimiz hara olacaq. Çox böyük ümidlər bəsləyirik. İnanırıq ki, bundan yaxşı olacaq”.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə APA-ya bildirib ki, Yazıçılar Birliyinin binasının əsaslı təmiri gözlənilsə də, konkret vaxt hələ bilinmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR