Bank Of Baku

Azərbaycan rəssamlarının əsərlərinin əsas alıcısı turistlər və xarici biznesmenlərdir

Azərbaycan rəssamlarının əsərlərinin  əsas alıcısı turistlər və xarici biznesmenlərdir
# 28 avqust 2007 12:17 (UTC +04:00)
“Rəsm əsərlərinin əsas alıcıları turistlər və xarici biznesmenlərdir. Əsərlərimizə çox maraq göstərirlər. Ötən illərə nisbətən rəsm əsərlərin qiymətində dəyişikliklər olub. Əsas alıcılar xarici vətəndaşlar olduğu üçün əsərlərin qiyməti bahalaşıb. Çünki həmin alıcılar əsərləri xaricdə satışa qoyurlar”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının katibi, rəssam Ənvər Qarayev deyib. O bildirib ki, hazırda əsərlər sovet dövründəkindən 4-5 dəfə baha satılır: “Düzdür, hətta bu qiymətlə də biz digər xarici ölkələrdə əsərlərin satış qiymətinə çatmırıq. Ancaq bizim əsərlərə həqiqətən də ehtiyac var və bilirik ki, əsərlərimiz hər zaman alınacaq. Əvvəllər xaricə əsər çıxarmaq imkanlarından məhrum idik. Ancaq indi rəssamlarımız özləri əsərlərini aparıb xaricdə satışa qoya bilirlər. Satış üçün ən durğun dövr yay mövsümüdür. Qalan mövsümlərdə əsərlər çox satılır”. Katib deyib ki, əsasən rəssamlar Rasim Babayev, Fərhad Xəlilov, Asif Səmədov, Eldar Əlimirzəyev və digər tanınmış rəssamların əsərləri daha çox satılır. Əsərlərin qiyməti isə janrına görə deyil, mahiyyətinə görə təyin olunur. Bununla bərabər, Ə. Qarayev Mədəniyyət və Turizm Nazirliyi ildə iki dəfə satış sərgisi keçirərək, fond üçün rəsm əsərləri alır. Həmin sərgilər ilin yaz və qış mövsümündə Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda keçirilir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR