Bank Of Baku

Azərbaycanı "Nə? Harada? Nə vaxt?" İntellektual Oyunu üzrə III Millətlərarası Kubok uğrunda yarışmada iki komanda təmsil edəcək

Azərbaycanı "Nə? Harada? Nə vaxt?" İntellektual Oyunu üzrə III Millətlərarası Kubok uğrunda yarışmada iki komanda təmsil edəcək
# 29 avqust 2007 10:21 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Nə? Harada? Nə vaxt?" İntellektual Oyunu üzrə III Millətlərarası Kubok uğrunda Bakıda keçiriləcək yarışmada Azərbaycanı iki komanda təmsil edəcək. Bu barədə APA-ya Azərbaycan Milli Komandasının kapitanı Balakişi Qasımov məlumat verib. O bildirib ki, yarışmada ölkəmiz həm də Anar Nəcəflinin komandası ilə təmsil olunacaq. İntellektual oyunda 20 ölkənin 22 komandası iştirak edəcək. Balakişi Qasımovun bildirdiyinə görə, iştirakçılar arasında yalnız Azərbaycan oyuna iki komanda ilə qatılacaq: “Bu komandaların birində Teymur Rəcəbovun kapitanlığı ilə tanınmış şahmatçılar oynamalı idi. Son anda şahmatçıların oynamayacağı məlum oldu. Bu səbəbdən Azərbaycan oyunda iki komanda ilə iştirak edəcək”. Hər komandada 6 iştirakçı olacaq. Yarışmanın açılışı avqustun 31-də keçiriləcək. Həmin gün oyun 5 qrup üzrə başlayacaq. Final mərhələsi sentyabrın 2-də keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR