Bank Of Baku

Sentyabrda Azərbaycan Memarlar İttifaqının XVII qurultayı keçiriləcək

Sentyabrda Azərbaycan Memarlar İttifaqının XVII qurultayı keçiriləcək
# 29 avqust 2007 15:56 (UTC +04:00)
Sentyabrın 7-də Azərbaycan Memarlar İttifaqının XVII qurultayı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Memarlar İttifaqının sədr əvəzi Hafiz Əmirxanov məlumat verib. O bildirib ki, qurutayda bir sıra mövzular üzrə müzakirələr aparılacaq: “Hündürmərtəbəli binalar haqqında rəyimizi də bildirəcəyik və Bakının memarlıq üslubunun korlanmasından danışacağıq”. H. Əmirxanovun sözlərinə görə, toplantıda sədr seçkisi də olacaq. O, 2002-ci ildə ittifaqın sədri İlham İsmayıl oğlu Əliyevin dünyasını dəyişməsindən sonra quruma yeni sədr seçilmədiyini xatırladıb: “XVII qurultayın 2005-ci ildə keçirilməsi qərara alınmışdı. Ancaq müəyyən səbəblərdən həmin il qurultayımız baş tutmadı. Sədrliyə bir çox memar öz namizədliyini irəli sürüb”. Memarlar İttifaqının binasının təmirinə gəlincə, sədr əvəzi deyib ki, bununla əlaqədar bir neçə dəfə Nazirlər Kabinetinə müraciət etsələr də, nəticəsi olmayıb: “Neçə ildir müraciət edirik. Hər il yazıram və onlar da cavab verirlər ki, Hafiz müəllim, vəsaitimiz yoxdur. Mənim də pulum yoxdur. İctimai təşkilatıq, bu vaxta kimi dövlət büdcəsindən bir qəpik də almamışıq. Bu, mənim binam deyil və atamdan miras qalmayıb. Bu, Bakının memarlıq abidəsidir. Hökumətə müraciətimizdə bildirmişdik ki, bir az vəsait ayırın, binanı təmir edək. Məhv olub gedər, sonra da deyərsiniz ki, memarlar binanı məhv etdilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR