Bank Of Baku

Bakıda itkin düşmüş şəxslər mövzusunda foto-sərgi açılıb

Bakıda itkin düşmüş şəxslər mövzusunda foto-sərgi açılıb
# 30 avqust 2007 14:33 (UTC +04:00)
30 avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı Teatr Xadimləri İttifaqında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə itkin düşmüş şəxslərin probleminə həsr olunmuş regional foto sərginin açılış mərasimi i keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi Hartin Amacher sərgidə bütün dünyada baş verən silahlı münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin ailələrini əks etdirən 50-dən çox şəkillərinin nümayiş etdirildiyini deyib. H. Amacher deyib ki, sərgi “Onların taleyini aydınlaşdırmağa yardımçı olun!" çağırışı ilə keçirilir: “Sərginin məqsədi silahlı münaqişələr və ya daxili zorakılıq zamanı itkin düşənlərin faciəsinə və onların ailələrinin dərdinə hakimiyyət orqanlarının, hərbçilərin, beynəlxalq təşkilatların və milli qurumların, o cümlədən Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının diqqətini artırmaqdır. Biz ümid edirik ki, bu problemə diqqət daha da artacaq. Bir daha təəssüf edirik ki, silahlı münagişənin yaratdığı ən ciddi humanitar problemlərdən biri kimi itkin düşmüş şəxslərin taleyi və onların əziyyət çəkən ailələri məsələsi hələ də qalmaqdadır. Hal-hazırda komitənin bütün dünyada fəaliyyət göstərən nümayəndəlikləri özlərinin on minlərlə qohumlarının taleləri barədə heç bir məlumatı olmayan ailələrin məsələləri ilə məşğul olurlar. Bu barədə daha geniş məlumatı təzəcə işıq üzü görən "İtkin düşmüş şəxslər: gizli faciə" adlı nəşrdən ala bilərsiniz”. H. Amacher gələcəkdə BQXK-nin Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə itkin düşmüş şəxslər barəsində ətraflı məlumat toplamağa başlayacağını, bu fəaliyyəti genişləndirməyi planlaşdırdığını deyib. Tədbirdə çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) sədri Novruz Aslan bildirib ki, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin tətbiqindən on üç il keçməsinə baxmayaraq, hələ də minlərlə ailə yaxınlarının taleyindən xəbərsizdir. Tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov, BQXK-nın Azərbaycandaki nümayəndəliyin Müdafiə Proqramının koordinatoru Susana Lopes çıxış edib. Sərgi sentyabrın 7-nə kimi Teatr Xadimləri İttifaqında nümayiş etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR