Bank Of Baku

Dinarə Əliyeva Sankt-Peterburqda keçirilən gənc opera istedadlarının 6-cı beynəlxalq festivalında ikinci yeri tutub

Dinarə Əliyeva Sankt-Peterburqda keçirilən gənc opera istedadlarının 6-cı beynəlxalq festivalında ikinci yeri tutub
# 31 avqust 2007 11:30 (UTC +04:00)
18-30 avqustda Sankt-Peterburq Dövlət Filarmoniyasında Elena Obraztsovanın təşkilati dəstəyi ilə gənc opera istedadlarının 6-cı beynəlxalq festivalı keçirilib. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan APA-ya daxil olan məlumata görə, festivalda 22 dövlətdən 160 gənc opera müğənniləri iştirak edib. Festivalın təntənəli açılış mərasimində prezident İlham Əliyevin festival təşkilatçıları və iştirakçılarına təbrik məktubu oxunub. Azərbaycan bu beynəlxalq müsabiqədə Dinarə Əliyeva təmsil edib. 12 dövlətin tanınmış opera ulduzlarından ibarət münsiflər heyəti müsabiqənin son mərhələsində qalibləri müəyyən edib. Azərbaycanı təmsil edən gənc vokal ustası Dinarə Əliyeva müsabiqədə 2-ci yeri tutub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu tərəfindən qaliblərə müxtəlif nominasiyalarda 3 mükafat “Tamaşaçı rəğbəti mükafatı” (qalib - Yuliya Lecnyova), “Qadınlar arasında ən yaxşı müsabiqə debütü” (qaliblər - İrina Şişkova və Aleksandra Maksimova) və “Kişilər arasında ən yaxşı müsabiqə debütü” təsis olunub. Qeyd olunan mükafatlar festival qaliblərinə baş konsul Q. Osmanov tərəfindən təqdim olunub. Mərasimin sonunda iştirakçılar qarşısında çıxış edən Qüdsi Osmanov festivalın təşkilatçısı olan Elena Obraztsovaya təşəkkürünü bildirib və tədbirin iştirakçılarını səmimi qəlbdən təbrik edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR