Bank Of Baku

Azərbaycanda keçirilən “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə III Millətlərarası Kuboku uğrunda yarışların açılışı olub

Azərbaycanda keçirilən “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə III Millətlərarası Kuboku uğrunda yarışların açılışı olub
# 31 avqust 2007 13:00 (UTC +04:00)
Bu gün Bakıda “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə III Millətlərarası Kuboku uğrunda yarışların açılışı olub. APA-nın xəbərinə görə, açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov və Millətlərarası Kubok uğrunda Beynəlxalq Klublar Assosiasiyasının prezidenti Natalya Stosenko çıxış edib. Qısa çıxışlardan sonra dünyanın 20 ölkəsinin 22 komandası arasında püşkatma mərasimi keçirilib. Yarışmada iki komanda ilə çıxış edən Azərbaycan oyunçularının qrupu və rəqibləri bəlli olub. Beləliklə, Anar Nəcəflinin kapitanlığı ilə Azərbaycan Milli Komandası A qrupunda (ABŞ, Almaniya, Litva), Balakişi Qasımovun kapitanı olduğu digər komandamız isə E qrupunda (Moldova, Latviya, Bolqarıstan, Niderland) oynayacaq. Balakişi Qasımov APA-ya açıqlamasında ən güclü rəqib kimi Moldova komandasını, digər yığmamız üçünsə ABŞ və Almaniya yığması ilə oynamağın nisbətən çətin olduğunu bildirib. Bu gün bütün qruplar üzrə yarış keçiriləcək. Sabah yarımfinalçılar məlum olacaq. Sentyabrın 2-də isə yarışmanın finalı və bağlanış mərasimi keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR