Bank Of Baku

Azərbaycan Rəssamlar İttifaqının növbəti qurultayı gələn il keçiriləcək

Azərbaycan Rəssamlar İttifaqının növbəti qurultayı gələn il keçiriləcək
# 01 sentyabr 2007 11:35 (UTC +04:00)
Azərbaycan Rəssamlar İttifaqının növbəti qurultayı 2008-ci ildə keçiriləcək. Bu barədə APA-ya ittifaqın katibi Ənvər Qarayev məlumat verib. O bildirib ki, hər 5 ildən bir keçirilən qurultay zamanı ittifaqa sədr seçkiləri də keçirilir. Fərhad Xəlilovun builki seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi hələ məlum deyil: “Qurultayın mayda keçirilməsini planlaşdırırıq. Ancaq hələ vaxtı dəqiqləşdirməmişik. Biz qurultayımızı vaxtı vaxtında keçiririk”. Ə. Qarayevin sözlərinə görə, Fərhad Xəlilov dörd qurultayda ittifaqın sədri seçilib və seçkilər səsvermə ilə aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR