Bank Of Baku

Azərbaycan Rəssamlar İttifaqında və Vəcihə Səmədova adına Sərgi Salonunda əsaslı təmir başlayır

Azərbaycan Rəssamlar İttifaqında və Vəcihə Səmədova adına Sərgi Salonunda əsaslı təmir başlayır
# 01 sentyabr 2007 11:36 (UTC +04:00)
Sentyabrın 7-də Azərbaycan Rəssamlar İttifaqında və Vəcihə Səmədova adına Sərgi Salonunda əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulub. Bunu APA-ya Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev deyib. Onun sözlərinə görə, bir ay əvvəl tikinti şirkətləri arasında elan olunmuş tenderin nəticələri iki günə məlum olacaq: “Artıq ittifaqda hər şey yığışdırılıb və biz həyətə köçmüşük. Bütün rəsm əsərlərini də orada çıxarmışıq. Binaya bir sıra tikinti avadanlıqları gətirilib. Sentyabrın 7-də təmirin başlanılması nəzərdə tutulub, ancaq 1-2 gün gecikə bilər”. Ə. Qarayevin sözlərinə görə, təmirin 4 ay müddətində yekunlaşdırılması nəzərdə tutulub. Həmin müddətdə sərgilər Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda keçiriləcək. Məhz təmir müddətinə düşdüyünə görə oktyabrda keçiriləcək Türkiyədə yaşayan həmyerlimiz Elmas Hüseynovun fərdi sərgisi Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda keçiriləcək. Sərgidə qrafik rəssamın 100-ə yaxın əsəri nümayiş etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR