Bank Of Baku

Çelik və Yeganə birgə konsert veriblər

Çelik və Yeganə birgə konsert veriblər
# 03 sentyabr 2007 07:42 (UTC +04:00)
APA-nın məlumatına görə, “Sevərmisin” adı altında gerçəkləşən konsertdə səhnəyə ilk olaraq Yeganə çıxıb. O, repertuarında yer alan “Bax gözlərimə”, “Yalvara, yalvara”, “Dəydi qəlbimə”, “Mən nə bilim insafsızsan sən yaman”, “Hər gecəm”, “Sevərmisin” mahnılarını ifa edib. Daha sonra səhnəyə çıxan Çelik Azərbaycanda olmasından və yenidən bakılı musiqisevərlər qarşısında çıxış etməkdən qürur hissi keçirdiyini vurğulayıb. Hər ifadan sonra tamaşaçıların alqışları üçün onlara təşəkkür edən Çelik yaxın aylarda yenidən onların görüşünə gələcəyini bildirib. Konsertin sonunda hər iki müğənni söz və musiqisi Çelikə məxsus olan “Azərbaycan” mahnısını birgə ifa edib. Konsertdən sonra jurnalistlərə açıqlama verən türkiyəli sənətçi Azərbaycan tamaşaçılarından çox razı qaldığını və Bakıdakı hər konsertindən böyük zövq aldığını deyib: “Gələn ay üçün yeni albomum işıq üzü görəcək. Bu albom çıxdıqdan sonra yenidən Bakıda konsert vermək niyyətindəyəm”. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR