Bank Of Baku

Yuli Qusman: “Bakıda “Qorxma, mən səninləyəm-2” filminin çəkilişləri ilə bağlı danışıqlar aparacağam”

Yuli Qusman: “Bakıda “Qorxma, mən səninləyəm-2” filminin çəkilişləri ilə bağlı danışıqlar aparacağam”
# 06 sentyabr 2007 08:18 (UTC +04:00)
“Bu gün Azərbaycanda kinoteatrların az olmasına təəssüflənirəm. Bircə “Azərbaycan” kinoteatrının olması çox azdır. Bir kinoteatrla tamaşaçını razı sala bilməzsən”. APA-nın məlumtına görə, bu sözləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Rusiyanın tanınmış kino xadimi, həmyerlimiz Yuli Qusman deyib. Y. Qusman bu problemin tezliklə həll olunacağına inandığını bildirib: ”Tezliklə dünya standartlarına cavab verən kinoteatrlar açılacaq, “Nizami” kinoteatrı əsaslı təmir olunacaq və “Dostluq” kinoteatrına lazımi texniki avadanlıqlar gətiriləcək. Mən inanıram ki, Bakı sakinləri kinoteatrlar fəaliyyətə başladıqdan sonra çox həvəsli olacaqlar”. Y. Qusmanın sözlərinə görə, onun Bakıya səfəri yeni layihə ilə də bağlıdır. Rejissor “Qorxma, mən səninləyəm-2” filminin çəkilişləri üçün bir sıra danışıqlar aparacağını qeyd edib: “Mən əvvəlcə bu filmin birincidən yaxşı alınacağına inanmırdım. Düşünürük ki, filmin süjet xətti xalqlar arasında dostluq əlaqələrini, sosial, mili dəyərlər, siyasi əlaqələri əks etdirsin. Zənnimcə, film çox uğurlu alınacaq və özünə tamaşaçı yığacaq”.
“Bakılı oğlanlar-3” komandasının bu günə kimi də yaranmamasından təəssüf hiss keçirdiyini deyən Y. Qusman bu məsələnin yaxın zamanlarda həllini tapmasını arzulayıb: “Əlbəttə, çox sevindiricidir ki, keçmiş komanda üzvləri öz işlərində böyük uğur qazanırlar. Ancaq onların bu işdən tam uzaqlaşmasını təqdir etmirəm. İnanıram ki, gənclər bu işdə fəal olacaq və uğurlu komanda yaradıb Azərbaycanı yarışlarda təmsil edəcəklər. Mən “Bakılı oğlanlar” komandası üçün çox darıxıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR