Bank Of Baku

Aleksandr Burdakov: “Azərbaycan filmində çəkilmək üçün təklif gəlsə, məmnuniyyətlə razılaşaram”

Aleksandr Burdakov: “Azərbaycan filmində çəkilmək üçün təklif gəlsə, məmnuniyyətlə razılaşaram”
# 06 sentyabr 2007 09:07 (UTC +04:00)
“Sonuncu dəfə 15 il əvvəl Bakıda olmuşam. O zamankı Bakı ilə bugünkü Bakı arasında inanılmaz fərqlər var. Bu gün Bakı əsl paytaxta bənzəyir”. APA-nın məlumatına görə, bu sözləri IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalında fəxri qonaq qismində iştirak edən Rusiyanın xalq artisti Aleksandr Burdakov deyib. “Arşın mal alan” filmindən çox böyük zövq aldığını deyən aktyor ekran əsərinin SSRİ-nin bütün ölkələrində böyük uğur qazandığını qeyd edib. Azərbaycanda filmə çəkilmək arzusunda olan A. Burdakov dəvət gözlədiyini vurğulayıb: “Azərbaycan filmində çəkilmək üçün təklif gəlsə, məmnuniyyətlə razılaşaram. Azərbaycan mənim üçün doğma bir yerdir və ürəkdən əməkdaşlıq edərəm”.
Aktyor hazırda 3 serialda çəkildiyini deyib: “Aleksandr Rukxinin “Oyun” filmində həkim-massajist rolunu canlandırıram. Serialları da yaradıcılıq işi hesab edirəm. Əlbəttə, serialda peşəkarlıq nümayiş etdirmək lazım deyil, sadəcə, boş oturmamaq üçün serialda çəkilirəm. Aktyor da idmançı kimi hər zaman öz üzərində çalışmalıdır“. Gələcəkdə rejissor kimi də çalışacağını istisna etməyən A. Burdakov Viktoriya Topelivanın “Oxatan” əsərini ekranlaşdırmaq istəyir: “Ancaq bunun üçün maliyyə vəsaiti lazımdır. Mən özüm də bu filmdə baş rolu oynayacağam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR